Sudanda ordu ilə toqquşan “Sürətli Dəstək Qüvvələri” (RSF) ABŞ-ın humanitar yardım üçün nəzərdə tutulan atəşkəs təşəbbüsünə razılıq verib. RSF tərəfindən yayılan açıqlamada humanitar fəaliyyətlərin həyata keçirilməsi üçün atəşkəs planına razılıq verildiyi bildirilib. Ancaq tərəflər arasında 2023-cü ildən bəri davam edən döyüşlərin bir çox bölgədə fasilələrlə davam etdiyi qeyd olunur.

Qələbə Gününün beşinci ildönümü münasibətilə Pakistanın paytaxtı İslamabad şəhəri Azərbaycan bayraqları ilə bəzədilib. Dost və qardaş ölkədə yerləşən bir çox mühüm binalar – Baş nazir ofisi, parlament və Pakistan Ali Məhkəməsi – Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 6-da davam etdirilib.

6 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan NATO nümayəndə heyətini qəbul edib. Bildirilib ki, nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, eləcə də ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir. Görüşdə Azərbaycan və NATO əməkdaşlıq gündəliyinin əsas aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri, Azərbaycan Ermənistan sülh prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Demo

Türk Dövlətləri

Rumıniya Xarici İşlər Naziri Oana Toiu sabah Ankaraya ilk rəsmi səfərini edəcək. Görüş zamanı Türkiyə və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, ticarət və iqtisadi əlaqələrin dərinləşdirilməsi, nəqliyyat və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq. Nazir Hakan Fidanın iki ölkə arasında insan əlaqələrinin, xüsusilə Rumıniyada yaşayan türk və tatar icmalarının rolu barədə fikirlərini bölüşəcəyi gözlənilir.

Dünya ticarət marşrutlarının yenidən bölüşdürülməsinə diqqət yönəldərkən, Azərbaycan addım-addım cənub istiqamətində mövqelərini gücləndirir və Şərqi Aralıq dənizi hövzəsinə çıxış əldə edir. Uzun illər sanksiyaların və təcridin təsiri altında qalan Suriya yenidən beynəlxalq marağın mərkəzinə çevrilir. Dəməşqin regional arxitekturada canlanmaqda olan rolu elə bir dövrə təsadüf edir ki, Bakı ixracın diversifikasiyasına və yeni enerji bazarlarının axtarışına sistemli şəkildə girişib. Beləcə, onilliklərdən sonra ilk dəfə elə bir formul yaranır ki, burada Azərbaycan və Suriya təkcə tərəfdaş deyil, həm də Yaxın Şərqin yeni enerji məntiqinin potensial müəllifləridir.

İraqda seçkilər ərəfəsində Baş nazir Məhəmməd Şiə əs-Sudaninin yenidən hökumət başçısı kimi qalmaq ehtimalı siyasi dairələrdə əsas müzakirə mövzusudur. “İnşaat və İnkişaf Alyansı” əs-Sudani üçün ikinci müddətin mümkün olduğunu bildirir, lakin Koordinasiya Çərçivəsi daxilində nüfuzlu siyasi fiqurlar bunun real olmadığını düşünür. Səbəb kimi şiə siyasi bloklarında illərdir tətbiq edilən daxili razılaşma mexanizmi göstərilir. Bu mexanizm Baş nazir seçiminin parlament çoxluğu ilə deyil, siyasi razılıq əsasında formalaşdığını göstərir.

Hamımız bu dünya həyatında ömür sürür, nemətlərdən istifadə edirik, bəla və müsibətlərdən qorxuruq. Əslində bu dünyanın təmiz və saf ağıl ilə müşahidə edilməsi bizə çox aydın bir həqiqəti göstərir: bu aləmdə bir nizam var. Nizam varsa, nizamlayan da vardır. Bu nizama “kosmos” da deyə bilərsiniz, “kainat” da. Adı nə olur-olsun, bu nizamın arxasında hikmətlə dolu bir iradə vardır. Qurani-Kərimdə buyurulur:

“Hizbullah” və təşkilatın rəhbərliyi hələlik Livanla İsrail arasında birbaşa və ya dolayı danışıqlar məsələsində açıq mövqe bildirmir. Prezident Cozef Aunun Livanın danışıqlara hazır olduğunu elan etməsindən iki həftə keçsə də, partiya tərəfindən hər hansı təsdiq və ya təkzib yoxdur. Məlumata görə, Livanın rəsmi instansiyaları atəşkəsin monitorinqi üçün yaradılmış “Mexanizm komitəsi”nin genişləndirilməsinə, komitəyə mülki şəxslərin daxil olmasına razılıq verib. Bu qurumun İsraillə dolayı danışıqları aparması nəzərdə tutulur. Lakin bu barədə rəsmi bəyanat yayılmayıb. Eyni zamanda bildirilir ki, Livan, İsrailin mövqeyini gözlədiyi üçün açıqlama vermir. Əgər İsrail danışıqlara razı olmasa, Beyrut tərəfinin mövqeyi siyasi cəhətdən çətin vəziyyət yarada bilər.

İsrail Müdafiə naziri İsrael Katz cümə axşamı bildirib ki, Misir sərhədində yerləşən ərazinin pilotsuz uçuş aparatları (PUA) vasitəsilə silah qaçaqmalçılığına qarşı mübarizə aparmaq məqsədilə bağlı hərbi zona elan edilməsi barədə orduya göstəriş verib.

Demo

Kimdir - Nədir?

1991-ci il, 18 oktyabrda doğulan Zahran Mamdani amerikalı sosialist fəal və siyasətçidir. O, Demokratik Partiyanın və Amerikada Demokratik Sosialistlərin üzvüdür və 2021-ci ildən bəri Nyu-York ştat məclisinin 36-cı dairəsindən – Kuins bölgəsini təmsil edərək – üzv olaraq fəaliyyət göstərir. O, 2025-ci ildə keçiriləcək seçkilərdə Nyu-York şəhərinin meri vəzifəsinə Demokrat Partiyasının ehtimal edilən namizədi hesab olunur.

Əgər insan yuxuda Dəccalın zühur edib hay-küy saldığını görsə, bu, düşmənin təcavüzünə, yer üzündə qan və fitnə-fəsadın baş verəcəyinə dəlalət edir.

2020 44 günlük vətən müharibəsi. Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Xocalının iki kəndinin işğaldan azad etməsi ilə bağlı paylaşım etdi. Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım etdi.

Bolşevik Partiyasının lideri Vladimir Leninin rəhbərliyi ilə solçu inqilabçılar Rusiyanın səmərəsiz Müvəqqəti Hökumətinə qarşı demək olar ki, qan tökülmədən çevriliş həyata keçirdilər.

Abraham Linkoln parçalanmış Demokrat Partiyasına qarşı qələbə qazanaraq ABŞ-ın 16-cı prezidenti seçildi və ölkənin tarixində prezident seçilən ilk Respublikaçı oldu. O, xalq səsverməsində cəmi 40 faiz səs toplasa da, digər üç namizədi - Cənub Demokratı Con C. Brekinrici, Konstitusiya İttifaqı namizədi Con Belli və Şimal Demokratı, İllinoys senatoru Stiven Duqlası - asanlıqla məğlub etdi.